Çikaqo məhkəməsi Obamanı məhkəmə andlıları sırasına qəbul etməyib

9-11-2017, 09:37           
Çikaqo məhkəməsi Obamanı məhkəmə andlıları sırasına qəbul etməyib
ABŞ-ın sabiq prezidenti Barak Obama Çikaqo məhkəməsində andlıların (Prisyajnı) münsiflər heyətinə qəbul edilməyib.
"Report" CNN-ə istinadən xəbər verir ki, bundan əvvəl o, andlı qismində çıxış etmək üçün İllinoys ştatının Kuk dairəsi məhkəməsinə çağırılıb. Sabiq prezident də təklifi qəbul edib.
Lakin noyabrın 8-də o, məhkəmə zalına gəldiyi zaman, baş hakim Tim Evans bildirib ki, Obama münsiflərin tərkibinə daxil olmayacaq. O bunu sabiq prezidentin həmin gün məhkəmədə iştrak üçün çağırılmayan andlı iclasçılar qrupuna salınması ilə izah edib.
Bununla belə yüzlərlə insan keçmiş prezidentlə görüşməyə gəlib. Obama ora toplaşanlara öz vətəndaş borclarını yerinə yetirdikləri üçün minnətdarlığını bildirib. Obama həmçinin toplaşanlara avtoqraf verib və onlarla həvəslə şəkil çəkdirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.