Səudiyyə şahzadəsi saxlanıldıqdan sonra "21st Century Fox"dakı payını satıb

9-11-2017, 09:39           
Səudiyyə şahzadəsi saxlanıldıqdan sonra "21st Century Fox"dakı payını satıb
Anti-korrupsiya əməliyyatı zamanı saxlanılan Səudiyyə Ərəbistanı milyarderi şahzadə Əl-Vəlid (əl-Vəlid bin Talal bin Əbdül Əziz əl Səud) "21st Century Fox" şirkətindəki payını satıb.
“Report” xəbər verir ki, o, təqribən 20 il amerikalı mediamaqnat Rupert Merdoka məxsus holdinqdə böyük səhmdar olub.
"Bloomberg" yazır ki, "21st Century Fox"dakı pay Əl-Vəlidin "Kingdom Holding Co" şirkətinin aktivi idi. Onun digər aktivləri sırasına "Twitter", "Disney", eləcə də, "Lyft" və "Citigroup"dakı səhmlər daxildir.
Əl-Vəlid saxlanıldıqdan sonra "Kingdom Holding Co" səhmlərinin dəyərinin düşməsi səbəbindən 1,22 mlrd. dollar itirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru