Kuba sahillərində gənc oğlanı köpək balığı parçalayıb

9-11-2017, 09:48           
Kuba sahillərində gənc oğlanı köpək balığı parçalayıb
Kuba sahillərində köpək balığı gənc oğlana hücum edərək onu parçalayıb.
“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Daily Mail" yazıb.
Şəxsiyyəti hələ müəyyən edilməyən 22 yaşlı gənc oğlan digər istirahət edənlərlə birgə Quardalavaka çimərliyindən cəmi 3 metr aralıda çimib. Bu zaman gözlənilmədən ona köpək balığı hücum edib. Ətrafdakılar qışqırıq səslərini eşidib kişiyə köməyə gediblər.
Onlar zərərçəkəni dəniz yırtıcısının dişindən xilas edə biliblər, lakin köpək balığı oğlanın ombasını dərin yaralayıb.
Kişi xəstəxanaya yerləşdirilib, lakin 20 faizdən çox qan itirdiyi üçün orada keçinib.
Bu, Kubada son 60 il ərzində köpək balığı hücumundan qeydə alınan ilk ölüm halıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru