Üçüncü cins qeydiyyata alınacaq - RƏSMİ QƏRAR

9-11-2017, 09:57           

Almaniya Konstitusiya Məhkəməsi iki cinsli doğulanlar (hermafrodit) üçün doğum şəhadətnaməsində üçüncü cinsi bildirən bölmənin yaradılması barədə qərar verib.

teref.az qafqazinfo-ya istinadən xəbər verir ki, məsələ hermafrodit bir şəxsin məhkəməyə müraciətindən sonra gündəmə gəlib. Konstitusiya Məhkəməsi həmin şəxsin şikayətini araşdırıb və haqlı olduğunu elan edib.

Qərara əsasən, 2018-ci ilin sonuna qədər qüvvəyə minməsi üçün qanun layihəsi hazırlanacaq.

Bu qərar bir çox ictimai təşkilat və siyasətçi tərəfindən müsbət qarşılanıb. Onlar bu addımı ayrı-seçkiliyə qarşı mübarizə sahəsində "tarixi qərar” olaraq qiymətləndiriblər.

Qeyd edək ki, Almaniyada hermafrodit insanların sayını 80 minə yaxın olduğu ehtimal edilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru