Kataloniyada iğtişaşlar - Separatçı bölgə yenə ayağa qalxıb

9-11-2017, 10:06           

Bölgədə ümummilli tətil elan edilib, vağzal binası ələ keçirilib.
Kataloniyada yerli siyasətçilərin həbsinə etiraz edən minlərlə vətəndaş etiraz aksiyası keçirir. Sputnik Azərbaycan “Daily Mail”-ə istinadən xəbər verir ki, etirazçılar magistral yollara barrikadalar quraraq, avtomobillərin hərəkətinə mane olur. Geniş aksiyalar daha çox Barselona şəhərində keçirilir.
Kataloniya polisi mitinq iştirakçılarını dağıtmağa çalışır. Bundan başqa, etirazçılar yüksək sürətli qatarların hərəkət etdiyi Jiron vağzalının binasını ələ keçiriblər.
Ümummilli tətil elan edilib. Aksiyaya həmkarlar ittifaqları təşkilatları da qoşulub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru