İŞİD-lə əlaqədə şübhəli bilinən 200 azərbaycanlı qadın saxlanıb

9-11-2017, 22:35           

İraq ordusu İŞİD-lə əlaqədə şübhəli bilinən 512 Rusiya və 200 Azərbaycan vətəndaşı olan qadın saxlayıb.
Gununsesi.info xəbər verir ki, bu barədə iraqlı deputat Vian Dahil özünün “Twitter” səhifəsində yazıb.
Deputanın bildirdiyinə görə, saxlanılan qadınlar həbsxanaya yerləşdirilib.
V.Dahil qadınların harada və nə vaxt saxlanıldığını açıqlamayıb.
İraqın Müdafiə Nazirliyindəki mənbə 512 rusiyalı qadının saxlanılması barədə məlumatı “RİA Novosti”yə təkzib edib.
“Saxlanılanlar var, lakin onlar çox deyil və müxtəlif ölkələrin vətəndaşlarıdır”, – deyə mənbə əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru