Donald Trampla qolf oynayan Yaponiyanın Baş naziri çuxura düşdü- Video

9-11-2017, 22:49           
Donald Trampla qolf oynayan Yaponiyanın Baş naziri çuxura düşdü- Video
ABŞ Prezidenti Donald Tramp Yaponiyaya səfərinin ilk günündə bu ölkənin Baş naziri Şinzo Abe ilə qolf oynayıb.

Moderator.az xarici mediaya istinadən xəbər verir ki, Tramp ona məxsus “Marine One” helikopterinin göyərtəsində Tokionun yaxınlığında yerləşən Saytama şəhərindəki qolf meydançasına gəlib. Burada o, Şinzo Abe və tanınmış yapon qolf ustası Hideki Matsuyama ilə qolf oynayıb.

Şərhçilərin bildirdiyinə görə, bu addım ümumi hobbiləri olan qolf vasitəsilə D.Trampın Ş.Abe ilə dostluq münasibətlərini daha da dərinləşdirmək niyyətini nümayiş etdirir.

Yaponiyanın Baş naziri topu vurduqdan sonra “bunker” adı verilən çuxurdan çıxarkən ayağı sürüşüb və yıxılıb.

Görüntülərin liderlərin qolf oynadığı yerin üzərindən keçən bir helikopterdən çəkildiyi deyilir. Şinzo Abenin yıxılması ölkəsində lağa qoyulub.

Baş nazirin yıxılması onların əyləncəsinə mane olmayıb. Liderlər qolf oynamağa davam ediblər.
[media=https://www.youtube.com/watch?time_continue=1&v=Le9l63nPBro]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru