ATƏT PA-nın sədri vəzifəsindən istefa verdi

10-11-2017, 00:01           

ATƏT-in Parlament Assambleyasının (PA) sədri, avstriyalı deputat Kristin Muttonen vəzifəsindən istefa verib .

“Report” TASS-a istinadən xəbər verir ki, buna səbəb onun ötən ay Avstriyada keçirilən parlament seçkiləri zamanı deputat matdatına yiyələnməməsi olub.

K.Muttonenin vəzifəsini gələn ilin yayınadək müavini, gürcü deputat Georgiy Tsereteli icra edəcək.

G. Tsereteli qurumun baş katibi Roberto Montella və assambleyanın aparat əməkdaşları ilə keçirdiyi görüş zamanı ATƏT dəyərlərini, münaqişələrin nizamlanmasında qurumun rolunun qorunması və Avropada təhlükəsizlik problemlərinə kompleks yanaşmanın əsas prioritetlərindən olacağını vurğulayıb.

Qeyd edək ki, G. Tsereteli 1995-1998-ci illərdə Tbilisinin vitse-meri, 1999-cu ildə Gürcüstan parlamentinə seçilib, habelə ölkənin vitse-baş naziri və nazir vəzifələrini icra edib.

O, 2012-ci ildən AŞPA PA sədrinin müavini olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru