Rusiyada binanın qismən uçması nəticəsində ölənlərin sayı 5-ə çatıb - YENİLƏNİB

10-11-2017, 08:23           

Rusiyanın İjevsk şəhərində 9 mərtəbəli yaşayış binasının bir blokunun tamamilə uçması nəticəsində ölənlərin sayı 5-ə çatıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində xəsarət alan 4 nəfərdən biri xəstəxanada keçinib. Onun qadın olduğu bildirilir.

Hazırda hadisə nəticəsində iki nəfərin itkin düşdüyü ehtimal olunur. Dağıntılar altında insanların qaldığı istisna olunmur. Hadisə yerində axtarış-xilasetmə əməliyyatı davam edir.

**** 23.53

Rusiyanın İjevsk şəhərində 9 mərtəbəli yaşayış binasının bir blokunun tamamilə uçması nəticəsində ölənlərin sayı 4-ə çatıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində daha 4 nəfər xəsarət alıb.

Hadisə nəticəsində ümumilikdə 28 nəfərin yaşadığı 8 mənzil tamamilə dağılıb.

İlkin versiyaya görə, hadisə qaz sobasının partlaması səbəbindən baş verib.

Hadisə yerində axtarış-xilasetmə əməliyyatı davam edir. Dağıntılar arasında insanların qaldığı bildirilir, ölənlərin sayının artacağı istisna olunmur.

Binanın bütün sakinləri yaxınlıqdakı iki məktəbdə yerləşdiriblər. Hadisə ilə əlaqədar təhlükəsizlik qaydalarının pozulması maddəsi ilə cinayət işi başlanıb. Şəhərdə fövqəladə hal rejimi elan edilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.