Küveyt də vətəndaşlarını Livandan çıxarır

10-11-2017, 13:09           
Küveyt də vətəndaşlarını Livandan çıxarır
Küveyt öz vətəndaşlarını dərhal Livanı tərk etməyə çağırıb.

Axar.az xəbər verir ki, Küveyt Xarici İşlər Nazirliyi bu addımı Livandakı vəziyyətlə əlaqədar atılan ehtiyat tədbiri adlandırıb.

Qeyd edək ki, bundan öncə Səudiyyə Ərəbistanı öz vətəndaşlarını Livanı tərk etməyə çağırmışdı.

Livanın Baş naziri Səid Həriri İranın ona qarşı sui-qəsd hazırlamasını səbəb göstərərək, Səudiyyə Ərəbistanında istefa qərarını açıqlamışdı. Livan mətbuatı isə Həririnin Səudiyyə Ərəbistanında hökumət üzvləri tərəfindən girov götürüldüyünü yazmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru