Sərhəd məntəqəsində avtomobilə baxış zamanı – görün, yük yerindən nə çıxdı – VİDEO

10-11-2017, 22:52           
Sərhəd məntəqəsində avtomobilə baxış zamanı – görün, yük yerindən nə çıxdı – VİDEO
Belarus-Ukrayna sərhəd-keçid məntəqəsində maraqlı qaçaqmalçılıq cəhdinin qarşısı alınıb.

İki Rusiya vətəndaşı (kişi və qadın) avtomobilin yük yerində 60 yaşlı ukraynalı qadını sərhəddən keçirmək istəyərkən yaxalanıblar.

Hadisə noyabrın 9-da Belarusun “Vesyolovka” sərhəd-keçid məntəqəsində qeydə alınıb. Sonradan məlum olub ki, yük yerində paltar topasının altında gizlənmiş qadın avtomobilin salonunda gedən qadının anasıdır. 2015-ci ilin martında onun pasportunun müddəti bitib, təzəsini almağa isə tənbəllik edib.


QAFQAZXEBER.AZ












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru