Mixail Saakaşvilinin 11 yaşlı oğlunu aeroportda saxkadllar
11-11-2017, 04:28
teref.az RBK-ya istinadən yazlır ki, əski Gürcüstanın prezidenti, Ukrayna "Yeni qüvvələr RUX" partiyasının lideri Mixail Saakaşvilinin 11 yaşlı oğlunu Kiyevin Borispol aeroportunda heç bir səbəb göstərmədən saxlayıblar. Əski Gürcüstan prezident və Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili öz facebook səhifəsində 11 yaşlı oğlu və onu müşaiyət edən adamın aeroportda səbəb göstərmədən artıq 2 saatdan çoxdur ki saxlanıldığını yazıb. Saakaşvili - " 2 saat əvvəl Borispol aeroportunda mənim 11 yaşlı oğlum və onu müşaiyət edən Gürcüstanın dövlət mühafizə idarəsinin işçisini saxlayıblar!- yazıb.
Saakaşvilinin sözlərinə görə onun oğlunu və onu müşaiyət edən adamı " 2 saatdır səbəbini izah etmədən xüsusi otaqda saxlayırlar". O həmdə qeyd edib ki, oğlunu müşaiyət edən Gürcüstan dövlət mühafizə idarəsinin işçisi " rəsmi komandirovkadadır"