DƏHŞƏTLİ MÜHARİBƏNİN ASTANASINDA: Yəmənin paytaxtına hava zərbələri endirildi

11-11-2017, 04:34           
DƏHŞƏTLİ MÜHARİBƏNİN ASTANASINDA: Yəmənin paytaxtına hava zərbələri endirildi
Ərəb koalisiyasına məxsus aviasiya Yəmənin paytaxtı Sana şəhərinə hava zərbələri endirib.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, iki hava zərbəsi üsyançı husilərin Müdafiə nazirliyinin binasına endirilib. Ölən və yaralananlar barədə məlumat verilmir.
Yəmənin SABA agentliyinin xəbərinə görə, zərbələr nəticəsində bir neçə yaşayış binasına zərər dəyib. Yəmənin paytaxtı Sana şəhəri üsyançı husilərin nəzarəti altındadır.
Noyabrın 4-də gün Səudiyyə Ərəbistanının havadan müdafiə sistemləri Ər-Riyadın şimal-şərq hissəsində ballistik raketi vurublar. Raket hücumu vaxtında dəf edilib, əhali arasında itki qeydə alınmayıb. Raket Yəməndəki üsyançı husilər tərəfindən atılıb.
Yəməndə üsyançı husilər (“Ənsər Allah” hərəkatı), sabiq prezident Əli Abdulla Salehi dəstəkləyən ordu qüvvələri və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın dəstəklədiyi hazırkı prezident Abd Rabbu Mənsur Hadiyə tabe olan qoşunlar arasında münaqişə 2014-cü ildən davam edir. Səudiyyə Ərəbistanın rəhbərliyi altında ərəb koalisiyası 2015-ci il, martın 26-dan Yəməndə üsyançı husilərin nəzarəti altında olan ərazilərə hava zərbələri endirir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru