Keçmiş arvadı və məşuqəsi kişini meşəyə aparıb "əzişdirdilər"
11-11-2017, 11:15
Almaniyanın Frankfut şəhər məhkəməsi keçmiş sevgilisini əla salaraq, ona xəsarət yetirən iki qadına şərti cəza verib.
A24.Az xarici mediaya istinadən xəbər verir ki, iki qadın üç maskalı şəxslə 44 yaşlı kişini qaçırdaraq meşəyə aparıblar. Kişini soyunduraraq, onu maşınla əziblər. İşləri bitdikdən sonra isə onu orada atıb gediblər.
Sonradan məlum olub ki, zərərçəkəni qaçırdanlar onun 39 yaşlı keçmiş həyat yoldaşı ilə, 37 yaşlı məşuqəsi olub.
Məhkəmədə qadınlar etdiyi əməlləri belə açıqlayıblar: “O, bizim zəhləmizi tökürdü, bizi rahat qoymurdu, daim izləyirdi”.
Məhkəmə zərərçəkənin keçmiş həyat yoldaşına şərti cəza verərək 1 il 5 ay, məşuqəsini isə 1 il müddətində həbs edib. Bundan əlavə hər iki qadına 2 min avro məbləğində cərimə kəsilib.