Həririnin qisası alınır: Bin Salmanın posterləri yandırıldı
12-11-2017, 14:07
Naməlum şəxslər Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın posterlərini Livanın Şimal və Tripoli şəhərlərində yandırıblar.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Ray əl Yevm” qəzeti yayıb. Qəzet şəhərlərdəki posterlərin yandırılmasından sonra Livan Daxili İşlər Nazirliyi bütün posterlərin şəhərdən toplanılması haqqında qərar verdiyini bildirib.
Qeyd edək ki, bundan öncə Livan Baş naziri Saad Həriri Ər-Riyada səfəri zamanı gözlənilmədən istefa verdiyini açıqlayıb. O bu addımı İranın ona qarşı sui-qəsd hazırlaması ilə əlaqədar atdığını bildirib. Livan rəsmiləri isə Həririnin öz istəyi ilə yox, Səudiyyə Ərəbistanının təzyiqi ilə istefaya getdiyini açıqlayıblar. Onlar həmçinin Həririnin Ər-Riyadda girov saxlanıldığını söyləyiblər.