"Ginnesin Rekordlar Kitabı"na düşəsi fırıldaq: Taksi sürücüsünə 18 min avro "atdılar"...

12-11-2017, 14:24           
"Ginnesin Rekordlar Kitabı"na düşəsi fırıldaq: Taksi sürücüsünə 18 min avro "atdılar"...
Avstriyadan olan bir taksi sürücüsü inanılmaz iddia ilə gündəmə gəlib. Taksi sürücüsünün Alman mətbuatına verdiyi açıqlamada dediklərinə inanmaq çətindir.

Moderator.az Türkiyə mediasına istinadən xəbər verir ki, Avstriyanın paytaxtı Vyanadan olan 47 yaşındakı taksi sürücüsü oktyabr ayının əvvəlində Monakodan götürdüyü müştərini ilk olaraq Fransanın Nitsa bölgəsinə, oradan Belçikanın paytaxtı Brüsselə aparıb. Onlar sonra Londona, Slovakiyanın Jilina şəhərinə, oradan da Almaniyanın Bad Münstereifel bölgəsinə gediblər. Burada bir oteldə iki gün qalan taksi sürücüsü və müştərisi yenidən Londona qayıdıblar. Londona çatanda taksi sürücüsü artıq yola davam etməyəcəyini bildirərək 18 avroya çatan borcun ödənilməsini tələb edib.

Pulu olmadığını deyən müştəri Meksikadakı bir bankda xeyli vəsaitinin olduğunu bildirib. Onlar təyyarə ilə Meksikaya gediblər. Ancaq Meksikada müştəri taksi sürücüsünü aldadaraq qaçıb. Həyat yoldaşının internet üzərindən satın aldığı biletlə Londona qayıdan taksi sürücüsü polisə şikayət edib.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.