Saakaşvili və tərəfdarları Kiyevdə yürüş keçirdi –"Qəzəblilərin yürüşü" + VİDEO

12-11-2017, 22:48           

Kiyevdə Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin çağırışı ilə "Qəzəblilərin yürüşü" baş tutub.

teref.az "Report"a istinadən xəbər verir ki, 700 nəfərə yaxın şəxs Mixaylovski meydanına toplaşaraq Ali Rada qarşısında yerləşən Konstitusiya meydanına doğru hərəkət edib.

Yürüş iştirakçılarının əsas tələbi ölkə prezidenti və Antikorrupsiya Məhkəməsinin impiçmenti haqqında qanunun qəbul olunmasıdır.

"Yeni qüvvələr hərəkatı"nın nümayəndəsi İvan Slobodyanık Mixaylovski meydanına məhsul yarmarkasının təşkil olunmasını təxribat adlandırıb. Buna baxmayaraq, dəstə bir araya gəlib və marşrut üzrə hərəkət edib.

Yürüş iştirakçılarına müxalifət nümayəndələri başçılıq edib.

Saakaşvilinin özü isə aksiyaya həyat yoldaşı və oğlu ilə gəlib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru