Sloveniyada prezident seçkilərinin qalibi məlum olub

13-11-2017, 05:29           
Sloveniyada prezident seçkilərinin qalibi məlum olub
Sloveniyanın hazırkı dövlət başçısı Borut Pahor ölkədə keçirilən ikinci tur prezident seçkilərində qalib gəlib.
teref.az xəbər verir ki, bu barədə ölkənin Dövlət Seçki Komissiyası bildirib.

İlkin nəticələrə görə, 53 yaşlı B.Pahor 52,95%, onun rəqibi, Kamnik şəhərinin meri Maryan Şarets isə 47,05% səs toplayıb.

Qeyd edək ki. oktyabrın 22-də keçirilən prezident seçkilərinin birinci turunda namizədlərdən heç biri 50 faizdən çox səs toplaya bilməmişdi.
İkinci turda qalib sadə səs çoxluğu ilə müəyyənləşir. Sloveniyada prezident 5 il müddətinə seçilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru