İranda zəlzələ nəticəsində ölənlərin sayı 81-ə çatıb, 1000 nəfər yaralanıb - YENİLƏNİB/ VİDEO

13-11-2017, 05:47           

İranda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 81 nəfərə çatıb.

APA-nın məlumatına görə, bu barədə “Fars” agentliyi xəbər verib.

Təbii fəlakət zamanı 1000 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

Bundan əvvəl 60 nəfərin öldüyü, 300 nəfərin yaralandığı bildirilirdi.
------------
İranda baş verən zəlzələnəticəsində ölənlərin sayı 60 nəfərə çatıb, 300 nəfər xəsarət alıb.

teref.az-nun APA-ya istinadən verdiyi məlumata görə, bu barədə “Fars” agentliyi xəbər verib.

Məlumata görə, təbii fəlakət ən çox Kermanşah, Qəsri Şirin və İlam şəhərlərinə ziyan vurub. Hazırda bölgədə xilasetmə-axtarış əməliyyatı aparılır. Bildirilir ki, ölkənin strateji obyektlərinə, o cümlədən neft-qaz infrastrukturuna zərər dəyməyib.

Ötən axşam İran-İraq sərhədində 7,2 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Kermanşah şəhərindən 104 km qərbdə, ocağı 10 km dərinlikdə yerləşib. Güclü zəlzələdən sonra bölgədə 14 afterşok qeydə alınıb.
[media=https://www.youtube.com/watch?v=kGWTQ_DDWwY]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru