Rustavinin yeni meri ilk iş günündə şəhərdə küçə süpürdü - FOTOLAR

13-11-2017, 19:25           
Rustavinin yeni meri ilk iş günündə şəhərdə küçə süpürdü - FOTOLAR
Gürcüstanın Rustavi şəhərinin yeni meri İrakli Tabağua ilk iş gününə şəhərdə təmizlik işləri görməklə başlayıb. APA-nın yerli bürosunun məlumatına əsasən, İ. Tabağua səhər saatlarında Rustavi şəhərinin bir neçə yaşayış binasının həyətlərinin süpürülməsində iştirak edib.

Sakinlərlə söhbət edən mer qeyd edib ki, onun üçün əsas prioritet Rustavi və rustavililərin qayğısına qalmaq olacaq.
Xatırladaq ki, İ. Tabağua oktyabrın 21-də yerli idarəetmə orqanlarına keçirilmiş seçkilərdə 53,05 faiz səslə qalib gəlib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru