Neft şirkətinin keçmiş rəhbərinin arvadı pilotla qaçdı

14-11-2017, 19:51           
Neft şirkətinin keçmiş rəhbərinin arvadı pilotla qaçdı
"Rosneft" şirkətinin keçmiş rəhbəri İqor Seçinin bu ilin iyununda boşandığı həyat yoldaşı özünə yeni sevgili tapıb.

AzNews.az rus mətbuatına istinadən xəbər verir ki, Olqa Seçinanın yeni sevgilisi italyan pilot Françesko Provençanodur.

Məlumata görə, onların münasibətləri daha əvvəl, 2015-ci ildə başlayıb.

Olqa Seçina yeni "boyfriend"i ilə şəklini boşanandan 4 həftə sonra İnstagram-da paylaşıb.

Qeyd edək ki, Seçinlər 2017-ci ilin 14 iyununda boşanıblar. Bu, "Rosneft"in keçmiş rəhbərinin ikinci nikahıdır. Olqa ondan 25 yaş kiçik olub. Onların Varvara adında bir qız övladı da var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru