Erməni əsgərinin damarlarını kəsdikdən sonra, onu boğub asdılar - DƏHŞƏTLİ FAKT
14-11-2017, 20:29

Ermənistan ordusunda cinayət işi ilə bağlı növbəti məhkəmə prosesi keçirilib.
Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Avan və Nor Nork inzibati rayonunun ümumi yurisdiksiya məhkəməsində Vazgen Sarkisyan adına hərbi institutun kursantı Haykaz Barseğyanın ölümü ilə bağlı cinayət işinin məhkəmə iclası keçirilib.
Cinayət işi üzrə beşinci şübhəli şəxs qismində Varazdat Safaryan (həbs edilməyib) digər kursantlar Vaçe Sahakyan, Movses Azaryanla birlikdə daxili xidmət nizamnaməsinin müxtəlif bəndlərini və qaydalarını pozaraq kursantlar Tiqran Manaseryan və Artuş Simonyanın döyülməsində təqsirli bilirnir.
Kursant Haykaz Barseğyanın ölümündə günahlandırılan dörd şübhəlidən ikisi Vaçe Sahakyan, Movses Azaryan həmçinin zərərçəkən Aleksanyan Harutyun adlı digər erməni hərbi qulluqçusuna qarşı zorakılıq və döymə hallarına görə təqsirli bilinirlər.
Şübhəli bilinən şəxslər özlərini günahkar hesab etmirlər. Məhkəmə şahidlərin dindirilməsi ilə davam edib.
Məhkəməyə iki şahid kursant gəlsə də, məhkəmə yalnız onlardan birini Vardanyan Armen adlı erməni hərbi qulluqçunu sorgu-sual edib.
Məlumata görə, Vardanyan Armen 2015-ci il yanvarın 28-də qərargahda çapar kimi xidmətdə olub. O, digər kursantların bayram tədbirindəki (28 yanvar erməni ordusunun yaranma günü kimi qeyd olunur) əyləncəsindən, nə də kazarmada baş verənlərdən xəbərdar olmayıb. Bu barədə, əsasən gedən danışıqlardan eşidib. Gecə saat 23:00 radələrində kazarmaya gəlib, yatıb və səhər qalxanda ölən erməni əsgərinin çarpayısının qan içində olduğunu və onun idman şəhərciyində asılmış meyidini uzaqdan görüb. Daha sonra şahid şübhəli bilinən kursantları xarakterizə edib. Onun sözlərinə görə bütün kursantlar qeyd olunan “dördlükdən” uzaq durmağa çalışırdılar. Bunlar “Problem həll edənlər idilər, heç kəs onlarla işinin olmasını istəmirdi”.
Şahid, ölüm hadisəsindən sonra kursantlarla öz aralarında söhbətlər zamanı kursant Haykaz Barseğyanın anbarda döyüldüyünü, yataq otağında damarlarının kəsildiyini, daha sonra asıldığını eşitdiyini qeyd edib.
Xatırladaq ki, 2015-ci il yanvarın 29-da gecə saat 02:00- 03:00 arasında taborun 408 nömrəli çarpayısında xüsusi amansızlıq, xuliqanlıq motivləri ilə kursant Haykaz Barseğyanın öldürülməsinə görə, kursantlar Qnel Tevosyan, Norik Sahakyan, Vaçe Sahakyan və Movses Azaryana qarşı ittiham irəli sürülüb. Kursantlar onu öldürdükdən sonra, onun özünə qəsd etdiyi fikrini formalaşdırmaq üçün cəsədi idman meydançasında turnikdən asıblar.