İŞİD-ə qoşulan çempion öldürüldü 14-11-2017, 21:03 İŞİD terror təşkilatına qoşularaq Suriyada döyüşən rusiyalı boksçu Vyaçeslav Lapşin öldürülüb.AzVision.az xəbər verir ki, bu barədə “Ria Novosti”yə Ufa şəhərindən olan idmançının bacısı Olqa Lapşina bildirib. Onun sözlərinə görə, 2015-ci ildə həyat yoldaşı və 3 uşağı ilə birlikdə Suriyaya gedən rusiyalı idmançı 2016-cı ilin martında öldürülüb. Qeyd edək ki, Vyaçeslav Lapşin 2006-cı ildə Rusiya çempionu olub. Facebook-da paylaş