Tbilisi beynəlxalq hava limanı bağlandı, sərnişinlər təxliyyə olundu –Partlayıcı təhlükəsi

14-11-2017, 22:47           
Tbilisi beynəlxalq hava limanı bağlandı, sərnişinlər təxliyyə olundu –Partlayıcı təhlükəsi
Tbilisi beynəlxalq havalimanında partlayıcı qurğunun olması ilə bağlı zəngin yalan olduğu müəyyən olunub.

Axtarışlar zamanı hava limanında heç bir partlayıcı qurğu tapılmayıb.

Təxliyə olunmuş hava limanının əməkdaşları və sərnişinlər havalimanına buraxılıb/APA.

***

Şota Rustaveli adına Tbilisi beynəlxalq hava limanında fövqəladə vəziyyət yaranıb.

Bu barədə Gürcüstanın “Birinci kanal” televiziyası məlumat yayıb.

Naməlum şəxs aeroportda təhlükəli çanta olması barədə “112” çağrı mərkəzinə zəng edib.

Hava limanındakı sərnişinlər təxliyyə olunublar, başqa ölkələrdən və şəhərlərdən gələn sərnişinləri təyyarələrdən kənara buraxmırlar.

Aeroportun ərazisində partlayıcı maddə axtarılır.

Hadisə yerində polis təhqiqat aparır/Report.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru