Zimbabvedə çevriliş - Prezident ələ keçirildi (VİDEO)

15-11-2017, 13:56           

Bu gün səhər saatlarında Zimbabvedə hərbi çevriliş həyata keçirilib.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, əsgərlər parlament, ali məhkəmə və hökümət binasına gedən yolları bağlayıb. Bir neçə saat sonra isə prezident Muqabenin ələ keçirildiyi bildirilib.

Hal-hazırda tanklar və ağır texnika paytaxt küçələrini tamamilə bağlayıb.

Qeyd edək ki, dünən axşam saatlarında başlayan hərbi əməliyyatların prezidentə qarşı yox, prezidentin ətrafında olan cinayətkar dəstəsinə qarşı həyata keçirildiyi bildirilmişdi. Lakin dövlət başçısının saxlanılması ordunun əsl məqsədininin çevriliş olduğunu sübut etdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru