A24.az xəbər verir ki, “Standard&Purs” (Standard & Poor’s) agentliyi Venesuela’nın reytinqini defolt kimi qiymәtlәndirib.
Qeyd edək ki, Venesuelanın reytinqinin aşağı salınması Karakasın öz xarici borcunun restrukturizasiyası haqqında qərar qəbul etdikdən sonra baş verib.
Hazırda Venesuealnın borcu 150 milyard dollar həcmindədir. Ölkədə inflyasiya 200%-i keçib. Ölkədən köç edənlərin sayı əvvəlki illərə nisbətdə 3 dəfə artıb.