Afrika İttifaqı: Zimbabvedə çevriliş baş verməyib

16-11-2017, 09:28           
Afrika İttifaqı: Zimbabvedə çevriliş baş verməyib
Zimbabvedə hərbi çevriliş baş verməyib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Afrika İttifaqının nümayəndəsi Musa Faki bəyan edib.

“Hərbçilər bizi əmin edib ki, Zimbabvedə baş verənlər dövlət çevrilişi deyil. Afrika İttifaqı qeyri-konstitusion yolla hakimiyyətin dəyişməsinin qəti əleyhinədir”, deyə İttifaqın nümayəndəsi vurğulayıb.

Bundan əvvəl xəbər verilib ki, hərbçilər prezident Rober Muqabenin iqamətgahı və dövlət teleradio şirkətinin binasını ələ keçiriblər, 93 yaşlı ölkə başçısının həyat yoldaşı Qreys Muqabe ölkəni tərk edib, Muqabenin noyabrda istefaya göndərdiyi vitse-prezident Emmerson Mnanqaqva isə hakimiyyəti ələ almaq üçün paytaxta qayıdıb. R. Muqabe Cənubi Afrika Respublikasının prezidenti Ceykob Zuma ilə telefon danışığı zamanı ev dustaqlığında saxlanıldığını deyib.

Hərbçilər isə çevriliş etmədiklərini, cinayətkarlarla mübarizə tədbirləri həyata keçirdiklərini bildiriblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru