Dövlət departamenti ABŞ vətəndaşlarını Avropada yüksək terror təhlükəsi barədə xəbərdar edib

17-11-2017, 08:37           
Dövlət departamenti ABŞ vətəndaşlarını Avropada yüksək terror təhlükəsi barədə xəbərdar edib
ABŞ Dövlət Departamenti öz vətəndaşlarını Avropa ölkələrində terror təhlükəsinin yüksək səviyyədə olduğu barədə xəbərdar edib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Dövlət Departamentinin yaydığı bəyanatda bildirilir.

Bəyanata əsasən, xəbərdalıq 2018-ci ilin yanvar ayının 31-nə kimi qüvvədədir: "ABŞ vətəndaşlarına bayram festivallarına və digər tədbirlərə gedərkən diqqətli olmaqları tövsiyə edilir. Fransada, Rusiyada, İsveçdə, Böyük Britaniyada, İspaniyada və Finlandiyada baş verən insidentlər onu göstərir ki, İŞİD və "Əl-Qaidə" (terror qruplaşmaları) Avropada terror aktları planlaşdırmaq və həyata keçirmək iqtidarındadır.

Bəyanatda qeyd olunur ki, Dövlət Departamenti "beynəlxalq terrorizm təhlükəsi ilə əlaqədar öz avropalı tərəfdaşları və müttəfiqləri ilə sıx əməkdaşlıq edir".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru