Trampın impiçmentinə dair qətnamə ABŞ Konqresə təqdim edilib

17-11-2017, 08:45           
Trampın impiçmentinə dair qətnamə ABŞ Konqresə təqdim edilib
Demokratlar partiyasının bir qrup nümayəndəsi ölkə prezidenti Donald Trampın impiçmentinə dair qətnaməni ABŞ Konqresinin gündəliyinə əlavə ediblər.

APA-nın “RT”-yə istinadən verdiyi xəbərə görə, demokratlar Trampı ABŞ Konstitusiyasının bir neçə maddəsini pozmaqda ittiham edirlər. İttihamlardan birində D.Trampın “Trump International Hotel” oteli vasitəsilə xarici siyasətçilərdən vəsaitlər əldə etdiyi iddia olunur.

Daha bir iddiaya əsasən, D.Trampın hakimiyyətə gəlməsi Rusiyanın 2016-cı ildə prezident seçkilərinə müdaxiləsi nəticəsində mümkün olub.

Qətnamə müəllifləri hesab edirlər ki, D.Tramp hərəkətləri ilə Rusiya müdaxiləsinin araşdırılmasına əngəl törədib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru