Tanınmış erməni jurnalist ABŞ senatorunu təhqir etdi

17-11-2017, 08:51           

ABŞ senatoru Con Makkeyn Rusiyanın “RT” telekanalını səriştəsizlikdə və yalan informasiyalar yaymaqda günahlandırıb.
“Ölkə.Az” xəbər verir ki, amerikalı senator bu barədə Dövlət Dumasının mətbu orqanlarında üçüncü oxunuşda qəbul etdiyi qanunu şərh edərkən deyib. Onun sözlərinə görə, bu səbəbdən də, həmin telekanala Amerika ərazisində yayımlanmağa qadağa qoyulur.

“Rusiyanın “RT” telekanalı özünü “Amerikanın səsi”, “CNN” və “Bi-bi-si” ilə müqayisə etmək istəyir. Lakin onlar yalan informasiyalar yayır və insanları çaşdırırlar”, - deyə Con Makkeyn bildirib.

Rusiyanın “RT” telekanalının redaktoru Marqarita Simonyan da öz növbəsində ABŞ senatorunun fikirlərinə cavab verib. O, bu barədə “Twitter” səhifəsində yazıb. Jurnalist amerikalı senatoru sərt tənqid edib.
“Görünür Con Makkeyn “bütün heyvanlar azaddırlar, lakin bəzi heyvanlar başqalarına nisbətən daha çox azaddırlar”, fikrini oxumayıb. Əgər oxuyubsa. Görünür bu sözün fərqinə varmayıb”, - deyə Marqarita Simonyan bildirib.

Qeyd edək ki, ABŞ hökuməti “RT America” kanalını xarici cəsusluqda ittiham edir. Amerika Ədliyyə Nazirliyi telekanala birinci günə qədər vaxt qoyub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.