İngiltərədə təyyarə helikopterlə toqquşub: 4 ölü 18-11-2017, 08:38 İngiltərədə Bakınqemşir qraflığında səmada yüngülmotorlu təyyarə ilə helikopterin toqquşması nəticəsində 4 ölüb.Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda region polisinin rəhbəri xəbər verib.Həlak olanlardan ikisi helikopterdə, daha ikisi isə təyyarədə olub.Hadisənin səbəbləri məlum deyil. Facebook-da paylaş