Çində 6,5 bal gücündə zəlzələ baş verib 18-11-2017, 08:40 Çinin qərbində Tibet muxtar rayonunda 6,5 bal gücündə zəlzələ baş verib.Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda Çin seysmoloji mərkəzi xəbər verir.Təkanlar Tibet muxtar rayonunun şərqində Nyinqçi qəzasında yerli vaxtla saat 06.34-də qeydə alınıb. Zəlzələnin ocağı 38 kilometr dərinlikdə yerləşib.Xəsarət alanlar barədə məlumat, tələfat və dağıntılar yoxdur. Facebook-da paylaş