Argentina sahilləri yaxınlığında göyərtəsində 44 nəfərin olduğu sualtı qayıq itib
18-11-2017, 08:46
Argentinanın Hərbi-Dəniz Qüvvələrinə məxsus "San-Xuan" sualtı qayığı ölkə sahili yaxınlığında müəyyən edilmiş ərazidə rabitə əlaqəsinə girməyib. "Report" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. 1985-ci ildə istehsal edilmiş sualtı qayığın göyərtəsində 44 nəfər heyət üzvü olub. Sualtı qayığın sahildən 240 dəniz mili məsafədə itkin düşdüyü bildirilir. Qayığın axtarılması üçün əraziyə hərbi gəmilər və aviasiya göndərilib.