Stoltenberq: “Ukrayna və Gürcüstan NATO-ya üzv olmağa hazır deyillər”

18-11-2017, 08:52           
Stoltenberq: “Ukrayna və Gürcüstan NATO-ya üzv olmağa hazır deyillər”
Ukrayna və Gürcüstan NATO-ya üzv olmağa hələ ki, hazır deyillər.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq Kanadanın Qalifaks şəhərində keçirilən təhlükəsizlik üzrə beynəlxalq forumda bəyan edib.

“Ukrayna və Gürcüstan NATO-ya üzv olmağa hələ ki, hazır deyillər. Lakin Alyans bu ölkələrlə müvafiq işlər aparır. Alyansa üzvü olmaq istəyən dövlətlər NATO standartlarına cavab verməlidirlər. Ukrayna və Gürcüstanda islahatlar tam şəkildə həyata keçirilməyib. Onlar müdafiə institutlarını müasirləşdirməli, korrupsiyaya son qoymalı və demokratik təsisatları gücləndirməlidirlər”, deyə Y.Stoltenberq qeyd edib.

Onun sözlərinə görə, hazırda Alyans adıçəkilən məsələlərdə rəsmi Kiyev və Tbilisiyə yardım göstərir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru