Səudiyyə Ərəbistanı Almaniyadakı səfirini geri çağırıb

18-11-2017, 09:14           
Səudiyyə Ərəbistanı Almaniyadakı səfirini geri çağırıb
Rəsmi Ər-Riyad Berlindəki səfirini məsləhətləşmək üçün geri çağırıb.
"Report" xəbər verir ki, bu barədə "SPA" agentliyi krallığın Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.
Nazirlikdəki mənbənin açıqlamasına əsasən, bu tədbirlər AFR-ın xarici işlər naziri Ziqmara Qabrielin livanlı həmkarı ilə görüşdə Səudiyyə Ərəbistanı barəsində bir sıra fikirlərdən sonra qəbul edilib. Bildirilir ki, həmin fikirlər təəccübə və hiddətə səbəb olub.
Krallıq bu bəyanatlara dezinformasiya əsaslanan, regionda sabitliyə kömək etməyən bəyanatlar kimi baxır. Krallıq həmçinin Almaniyanın bu ölkədəki səfirinə nota təqdim edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru