ABŞ-dan Kremlə mesaj: Təkbaşına savaşacağıq

18-11-2017, 11:12           
ABŞ-dan Kremlə mesaj: Təkbaşına savaşacağıq
Əgər BMT Təhlükəsizlik Şurası Suriyada kimyəvi silah tətbiqində günahkar olanlara münasibətdə vahid mövqe ortaya qoya bilməsə, ABŞ Suriyadakı ədalət uğrunda mübarizəni təkbaşına aparacaq.

Axar.az xəbər verir ki, bunu BMT Təhlükəsizlik Şurasında çıxışı zamanı ABŞ-ın BMT-dəki daimi nümayəndəliyinin rəhbəri Nikki Heyli söyləyib.

“Rusiyanın son həftələrdəki fəaliyyəti Suriyadakı kimyəvi hücumlara görə cavabdeh olanların məsuliyyətə cəlb edilməsi cəhdlərini məhv etməyə yönəlib. Mən Suriyada kimyəvi silah hücumu nəticəsində ölən uşaq, qadın və kişilərdən üzr istəyirəm. ABŞ onların doğmaları üçün ədalətin bərpa olunmasına çalışacaq və heç vaxt təslim olmayacaq”, – deyə o bildirib.

Qeyd edək ki, Rusiya bundan öncə ABŞ-ın BMT Təhlükəsizlik Şurasına Suriya ilə bağlı təqdim etdiyi qətnaməyə veto qoyub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru