ABŞ Rusiyanın qonşusuna məşhur raketini satdı

18-11-2017, 11:53           

ABŞ Polşaya “Patriot” raket əleyhinə komplekslərini satmağa qərar verib.

Axar.az xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi komplekslərin ABŞ Prezidenti Donald Trampın iyulun əvvəlində Varşavaya səfəri zamanı imzalanan 10,5 milyardlıq hərbi müqavilə çərçivəsində Polşaya veriləcəyini bildirib. “Patriot”ların Polşaya 2022-ci ilə qədər çatdırılması nəzərdə tutulub.

Qeyd edək ki, Rusiya bundan öncə ABŞ-ın onun sərhədləri yaxınlığında “Patriot”lar yerləşdirməsi və ya onun Rusiyaya qonşu ölkələrdən birinə verməsinə kəskin etiraz etmişdi. Moskva Vaşinqtonun bununla dünyanın istənilən yerini məhv edə biləcək qlobal zərbə sistemi layihəsini gerçəkləşdirmək istədiyini bildirmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru