Rusiya səmasında görünən obyekt təşviş yaratdı - Raket, yoxsa meteorit? (VİDEO)
18-11-2017, 13:57
Rusiyanın Murmansk şəhəri yaxınlığına meteorit düşməsi haqda informasiyalar yayılıb.
Moderator.az -ın İsrail mediasına istinadla verdiyi xəbərə görə, olay 17 noyabra keçən gecə baş verib. Şahidlərin sözlərinə və video-görüntülərə görə, sanki bir anda gecə gündüzə çevrilib. Hazırda hadisə sosial şəbəkələrdə geniş müzakirə edilməkdədir. Bəziləri bunun meteorit yox, sadəcə, hərbi bazadan buraxılmış raket olduğunu iddia edir. Murmansk hava limanının əməkdaşları da işıqlanan obyektin bir neçə dəqiqə səmada qaldığını bildirirlər. Obyektin meteorit olduğunu təsdiqləyənlər onun yerə çatmadan atmosferdə “əriyib” yoxa çıxdığını da söyləyirlər.
Maraqlıdır ki, Rusiyanın istər rəsmi qurumları, istərsə də aparıcı informasiya agentlik və telekanalları sözügedən olay haqda heç bir məlumat yaymayıblar.