İranlı general Qasım Süleymaninin yaxın dostu Suriyada öldürüldü - Foto
19-11-2017, 10:43
Eastnews.org-un verdiyi xəbərə görə, bu gün Suriyanın Deyr əz-Zor vilayətinin Əbu Kamal (Əl-Bukamal) şəhərinin İŞİD terrorçularından alınması əməliyyatları zamanı İran İnqilab Keşikçiləri Korpusunun komandiri Xeyrullah Səmədi həyatını itirib. Suriya ordusu ilə birgə hərbi məsləhətçi kimi fəaliyyət göstərən 36-cı "Ənsar əl-Mehdi" briqadasının komandiri Xeyrullah Səmədi İŞİD tərəfindən atılan minomyot zərbələri nəticəsində ölüb. Sepahın "Qüds" qüvvələrinin komandanı general-mayor Qasım Sülyemaninin yaxın dostu olan 48 yaşlı iranlı komandirin doğulub boya-başa çatdığı İranın Zəncan şəhərində dəfn ediləcəyi bildirilib. Müharibə meydanında çox sayda təcrübəyə sahib olan Xeyrullah Səmədi 8 il davam edən İran-İraq müharibəsində də iştirak edib.