İspaniyanın baş prokuroru Argentinada vəfat edib

19-11-2017, 10:47           
İspaniyanın baş prokuroru Argentinada vəfat edib
İspaniyanın baş prokuroru Xose Manuel Masa Argentinanın paytaxtı Buenos-Ayresdəki xəstəxanalardan birində vəfat edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Twitter” hesabında İspaniyanın baş naziri Mariano Raxoy yazıb.

Baş nazir 66 yaşlı X.M.Masanın yaxınlarına başsağlığı verib.

“El Mundo”nun xəbərinə görə, o ötən gün axşam saatlarında infeksiya səbəbindən xəstəxanaya yerləşdirilmişdi.

Xose Manuel Masa prokurorlarım assambleyasında iştirak etmək üçün Buenos-Ayresdə səfərdə idi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru