ABŞ-da qocalar evində baş vermiş yanğın nəticəsində 27 nəfər xəsarət alıb - VİDEO
19-11-2017, 11:05
ABŞ-ın Filadelfiya ştatında qocalar evində baş vermiş güclü yanğın nəticəsində azı 27 nəfər xəsarət alıb, bir neçə nəfər itkin düşüb. "Report" "ABC News"a istinadən xəbər verir ki, hadisə noyabrın 17-nə keçən gecə baş verib. Bina bir neçə saat ərzində tamamilə yanaraq külə dönüb. Xilasedicilər təqribən 160 nəfəri binadan xilas ediblər. Hazırda hadisənin baş vermə şəraiti və səbəbləri araşdırılır.