Hərbi gəmilər toqquşdu

19-11-2017, 11:10           

Faktla bağlı araşdırma aparılacağı bildirilib
Yaponiya yedək gəmisi və ABŞ esmineçi ilə toqquşub. teref.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin yeddinci donanması məlumat yayıb. Məlumatda bildirilir ki, təlimlər zamanı Yaponiya gəmisi idarə etməni itirib və qəzaya səbəb olub. İnsident zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılacağı bildirilib. Qeyd edək ki, avqustda "Con Makkeyn" esmineçi ticarət gəmisi ilə toqquşması nəticəsində 10 nəfər ölüb, 5 nəfər isə yaralanmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru