Norveç kralı xəstəxanaya yerləşdirilib 20-11-2017, 06:26 Norveçin 80 yaşlı kralı V Harald aşkar olunan infeksiyası ilə əlaqədar xəstəxanaya yerləşdirilib.Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu haqda kral sarayının mətbuat xidməti bildirib.Məlumata görə, kralın vəziyyəti yaxşılaşmağa doğru gedir, lakin o, bazar ertəsi nəzərdə tutulan tədbirlərdə iştirak edə bilməyəcək.Qeyd edək ki, 2003-ci ildə V Haralda xərçəng diaqnozu qoyulub. Facebook-da paylaş