Yeni Kaledoniyada sunami təhlükəsi ilə əlaqədar təxliyyə elan edilib

20-11-2017, 06:39           
Yeni Kaledoniyada sunami təhlükəsi ilə əlaqədar təxliyyə elan edilib
Yeni Kaledoniyanın hakimiyyət orqanları Sakit okeanda baş vermiş güclü zəlzələdən sonra sunami təhlükəsi ilə əlaqədar təxliyyə elan edib.
"Report" xəbər verir ki, bu barədə "NC 1" teleradio şirkəti məlumat yayıb.
Qeyd edilir ki, xəbərdarlıq Loyalti və İl-De-Pan adalarında yayılıb. Sunami Xəbərdarlığına dair Sakit Okeanı Mərkəzinin məlumatına görə, dalğaların hündürlüyü 1 metrə çata bilər.
Qeyd edək ki, daha əvvəl Yeni Kaledoniya sahillərində 7,3 bal gücündə növbəti güclü zəlzələ olub. Zəlzələnin episentri 26 kilometr dərinlikdə, Tadin şəhərindən 69 kilometr şimal-şərqdə qeydə alınıb.
Bundan əvvəl isə 6,7 və 6,3 bal gücündə zəlzələlər baş verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru