İsrailin energetika naziri: Ərəb ölkələrinin çoxu ilə gizli əlaqələrimiz var

20-11-2017, 06:41           
İsrailin energetika naziri: Ərəb ölkələrinin çoxu ilə gizli əlaqələrimiz var
İsrailin energetika naziri Yuval Ştayniç bildirib ki, ölkəsinin ərəb ölkələrinin çoxu ilə gizli əlaqələri var.
"Report"un məlumatına görə, bu barədə nazir "Qaley ÇAXAL" yerli radiostansiyasına müsahibəsində bildirib.
O, qeyd edib ki, həmin ölkələr adlarının açıqlanmasını istəmirlər.
"Səudiyyə Ərəbistanı da daxil olmaqla, mülayim ərəb ölkələri ilə əlaqələr bizə İranı durdurmağa kömək edir", - deyə o bildirib.
Nazirin sözlərinə görə, İsraillə əməkdaşlıq edən ərəb ölkələri Təl-Əvivlə İrana qarşı əməkdaşlıq etməyə hazırdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru