İordaniya İsraillə barışdı - Rəsmi üzr, təzminat və hüquqi prosedur qarşılığında

19-01-2018, 18:27           
İordaniya İsraillə barışdı - Rəsmi üzr, təzminat və hüquqi prosedur qarşılığında
İordaniya hökuməti İsraillə əlaqələri bərpa edəcəyini açıqlayıb. teref.az-nun "Sputnik"ə istinadən verdiyi məlumata görə, İsrail rejimi səfirlik mühafizəçisi olan İordaniya vətəndaşlarının öldürülməsi hadisəsinə görə rəsmən üzr istədiyini, təzminat ödəmyə və hüquqi prosedura başlamağa hazır olduğunu bəyan edib.

Bu addımdan sonra İsrailin İordaniyadakı səfirliyinin yenidən açılmasına dair razılığa gəlinib.

İsrail Xarici İşlər Nazirliyi ötən ilin iyulunda Əmmanda yerləşən səfirlikdə iki İordaniya vətəndaşının ölümünə səbəb olan hadisə ilə bağlı dərin peşmançılığını dilə gətirərək üzr istəyib və hüquqi prosedura başlamağı ehtiva edən rəsmi məktub göndərib.

Baş nazir Benyamin Netanyahu da səfirliyin tam şəkildə fəaliyyətini dərhal bərpa edəcəyini bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru