Fransada terror aktı hazırlamaqda şübhəli bilinən 33 yaşlı kişi saxlanılıb

21-01-2018, 10:36           
Fransada terror aktı hazırlamaqda şübhəli bilinən 33 yaşlı kişi saxlanılıb
Parisin Terrorçuluq Məsələləri üzrə Məhkəməsi 33 yaşlı kişiyə ölkədə terror aktı hazırlamaqla bağlı ittiham irəli sürüb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "France-Presse" hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, saxlanılan şəxs İŞİD terror qruplaşması ideyasına sədaqətini nümayiş etdirən videogörüntü yayıb. O, ölkənin cənubundakı Qar departamentinin Nim rayonunda Daxili Təhlükəsizlik Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Şübhəli şəxsin yaşadığı yerdə partlayıcı vasitələrin hazırlığı üçün vasitələr tapılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru