Əfqanıstanda otelə hücum etmiş silahlılardan 2-i zərərsizləşdirilib, 30 nəfər xilas olunub

21-01-2018, 10:57           
Əfqanıstanda otelə hücum etmiş silahlılardan 2-i zərərsizləşdirilib, 30 nəfər xilas olunub
Əfqanıstan polisi Kabilin şimal qərbindəki "Intercontinental" otelinə hücum etmiş dörd terrorçudan ikisini zərərsizləşdirib.

"Report" xəbər verir ki, bu barədə "Tolo News" məlumat yayıb.

Qeyd edilir ki, atışma hələ davam edir. Güc strukturları mehmanxanadan 15 ölü və yaralını çıxarıblar. Bununla yanaşı, 30 nəfər xilas edilib.

Xatırladaq ki, silahlılar iki toy mərasiminin keçirildiyi otelə soxulublar. Onlar qonaqları atəşə tutmağa başlayıblar.

Bəzi məlumatlara görə isə, hücum zamanı orada informasiya texnologiyalarına həsr olunmuş konfrans keçirilib. Jurnalistlər 35 ölən və yaralının olduğunu bildirirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru