İran Türkiyə ilə Suriya sərhədində böhranın dərinləşməsini istəmir

22-01-2018, 10:54           
İran Türkiyə ilə Suriya sərhədində böhranın dərinləşməsini istəmirİranın Xarici İşlər Nazirliyi Türkiyənin Suriyanın Afrin bölgəsində “Zeytun budağı” adlı hərbi əməliyyata başlamasına dair açıqlama verib.

SalamNews xəbər verir ki, açıqlamada bildirilir ki, İran Suriyanın cənubundakı Afrində baş verənləri diqqətlə izləyir və Türkiyə ilə Suriya sərhədində böhranın dərinləşməsini istəmir. İran Suriyanın qonşu dövlətlərlə yaranan problemlərinin danışıqlar yolu ilə həll edilməsinə tərəfdardır. Həmçinin İran Suriyanın ərazi bütövlüyünə hörmətlə yanaşılmasını istəyir və problemin Astana danışıqları çərçivəsində aradan qaldırılmasına çalışır.

Nəzərə çatdırılır ki, İran Suriya münaqişəsinə kənar müdaxilələrin əleyhinədir. Bu müdaxilələr radikal terror qruplaşmalarının yenidən fəallaşmasına səbəb ola bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru