ABŞ Əfqanıstanda "Taliban"ın 63 döyüşçüsünü zərərsizləşdirib

23-01-2018, 07:40           
ABŞ Əfqanıstanda "Taliban"ın 63 döyüşçüsünü zərərsizləşdirib
ABŞ Hərbi Hava Qüvvələri (HHQ) Əfqanıstanın cənubunda "Taliban"ın azı 63 döyüşçüsünü zərərsizləşdirib.

"Report" xəbər verir ki, bu barədə "Pajvak" agentliyi polisdəki mənbəyə istinadən məlumat yayıb.

Yerli polis rəisinin məlumatına görə, hava zərbələri ölkənnin cənubundakı Paktika vilayətinə bazar ertəsi gecəsi endirilib. ABŞ HHQ-nin zərbələri nəticəsində döyüşçülərin silahları və sursatları da məhv edilib.

Qeyd edək ki, son aylar Əfqanıstanda vəziyyət pisləşib. "Taliban" radikal hərəkatı ölkənin iri şəhərlərinə hücumlar təşkil edir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.